Qəbul
Qəbul – 1)verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Məsələn, ərizələrin qəbulu başlanır, teleqramların qəbulu, malların qəbulu haqqında akt; 2)götürmə; öz sıralarına alma, daxil etmə; Məsələn, İnstituta qəbul; 3)söhbət etmək, danışmaq, dinləmək, yoxlamaq, müayinə etmək və s. üçün birini öz yanına buraxma. Məsələn, müdirin qəbul saatları, qəbul otağı (gələnlər üçün xüsusi otaq).
R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.